...

Azərbaycan məhkəməsi azyaşlı bacıların qətlində günahlandırılan qardaşların şikayətini təmin etməyib

Cəmiyyət Materials 1 Dekabr 2009 10:37 (UTC +04:00)
Məhkəmə prokurorluğun Elçin və Elnur İsmayılov qardaşlarının cəzalarının ağırlaşdırılması barədə verdiyi apellyasiya protestini də təmin etməyib.
Azərbaycan məhkəməsi azyaşlı bacıların qətlində günahlandırılan qardaşların şikayətini təmin etməyib

Azərbaycan, Bakı, 01 dekabr / Trend , muxbir H.Bağırov/

Azərbaycanda azyaşlı bacıların qətlində günahlandırılan qardaşların apellyasiya şikayətinə və prokurorluğun protestinə baxılıb.

Trend -un məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində Dəvəçinin Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə ittiham olunan Təvəkkül İsmayılov, Elçin İsmayılov və Elnur İsmayılovun barələrindəki hökmdən verdikləri verdikləri apellyasiya şikayətləri təmin edilməyib.

Məhkəmə prokurorluğun Elçin və Elnur İsmayılov qardaşlarının cəzalarının ağırlaşdırılması barədə verdiyi apellyasiya protestini də təmin etməyib.

Prokurorluq Elçin İsmayılovun 10, Elnur İsmayılovun isə 15 il cəza müddətinə azadlıqdan məhrum edilməsini istəyirdi.

İttiham olunan şəxslər Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə və digər ağır cinayətlər törətməkdə ittiham olunublar. Məhkəmənin hökmü ilə Təvəkkül İsmayılov ömürlük, Elnur 6, Elçin isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti