...

Azərbaycanda uşaq alverində təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb

Cəmiyyət Materials 9 Dekabr 2009 16:24 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər sakinləri İlham Trihudə, Elman Sadıxi və Zülfiyyə Hüseynovanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Azərbaycanda uşaq alverində təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda uşaq alverində təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər sakinləri İlham Trihudə, Elman Sadıxi və Zülfiyyə Hüseynovanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Prosesdə Hüseynova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Trihudə və Sadıxi onun övladını satmağa məcbur ediblər.

Trihudə elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, Sadıxi ittihamları qəbul etməyib.

Adıçəkilən şəxslər bu il iyunun 6-da Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir Yolu Stansiyasının ərazisində Zülfiyyə Hüseynovanın 7 aylıq qızı Könülü 6400 manata satarkən tutulublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsininyetkinlik yaşına çatmayan şəxs barəsində insan alveri etmək (144-1.2.3), qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri etmək (144-1.2.5) maddələri ilə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti