...

Azərbaycanda adam oğurluğu və silahlı basqınlarda təqsirli bilinən şəxslərə hökm oxunub

Cəmiyyət Materials 14 Dekabr 2009 12:12 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Fərhad Əhmədov 13 il, Nicat Kərimov 10 il, Rəhim Ağayev 2 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Azərbaycan, Bakı, 14 dekabr / Trend , muxbir H.Bağırırov /

Azərbaycanda adam oğurluğu və silahlı basqınlarda təqsirli bilinən şəxslərə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Fərhad Əhmədov 13 il, Nicat Kərimov 10 il, Rəhim Ağayev 2 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu), 182-ci (hədə-qorxu ilə tələb etmə), 181-ci (quldurluq), 178-ci (dələduzluq), 177-ci (oğurluq), 228-ci (qanunsuz olaraq odlu silah, onun kompleks hissələrini, döyüş sursatı, partlayıcı maddələri və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istifadə etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar.

Onlar 2000-ci ildə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən xəstəxanalardan birinin baş həkimi Kərim İsmayılovu tamah məqsədilə oğurlayıblar. Onlar baş həkimin ailəsindən 25 min dollar aldıqdan sonra həmin ili mayın 22-də onu sərbəst buraxıblar.

Bundan başqa, təqsirləndirilən şəxslər Montin qəsəbəsində və Nizami küçəsində yerləşən valyutadəyişmə məntəqələrinə basqında da ittiham olunurlar. Onlar hər iki valyutadəyişmə məntəqəsindən ümumilikdə 65 min manat aparıblar.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti