...

Azərbaycanın Təhsil Nazirliyi Bakıda fransız məktəbinin açılmasına razılıq verib

Cəmiyyət Materials 26 Dekabr 2009 14:59 (UTC +04:00)
"Bu məktəb üçün Bakıda yer ayrılacaq və Fransa tərəfi işlərə başladığı zaman biz onlara dəstək verməyə hazırıq", - təhsli naziri Misir Mərdanov şənbə günü jurnalistlərə deyib.
Azərbaycanın Təhsil Nazirliyi Bakıda fransız məktəbinin açılmasına razılıq verib

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Təhsil Nazirliyi Bakıda fransız məktəbinin açılmasına razılıq verib.

"Bu məktəb üçün Bakıda yer ayrılacaq və Fransa tərəfi işlərə başladığı zaman biz onlara dəstək verməyə hazırıq", - təhsli naziri Misir Mərdanov şənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu məsələ Fransanın Azərbaycandakı səfiri ilə görüşdə müzakirə olunub. "Fransız məktəblərində Fransa səfirliyinin əməkdaşlarının uşaqları və digər arzu edən şəxslər oxuyacaqlar. Məktəb Fransa dövlət təhsil standartlarına cavab verəcək və onlara verilən sənəd Fransaya məxsus olacaq", - Mərdanov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti