...

Azərbaycanda bir qrup təhsil işçisinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 29 Dekabr 2009 16:49 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Goranboy rayon təhsil şöbəsinin müdiri Elmar Əliyev, şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyev, Goranboy şəhər 1 nömrəli orta məktəbinin direktoru Xasay Qasımov, Səfıkürd kənd orta məktəbinin direktoru Cəmaləddin Nəsibov, Dəliməmmədli kənd orta məktəbinin direktoru Rövşən Abbasov, Ağamalıoğlu kənd orta məktəbinin direktoru İlqar Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanda bir qrup təhsil işçisinin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda bir qrup təhsil işçisinin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə MəhkəməGoranboy rayon təhsil şöbəsinin müdiri Elmar Əliyev, şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyev, Goranboy şəhər 1 nömrəli orta məktəbinin direktoru Xasay Qasımov, Səfıkürd kənd orta məktəbinin direktoru Cəmaləddin Nəsibov, Dəliməmmədli kənd orta məktəbinin direktoru Rövşən Abbasov, Ağamalıoğlu kənd orta məktəbinin direktoru İlqar Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (308.1) və rüşvət alma (311.1, 311.3.1, 311.3.2 və 311.3.3) maddələri ilə ittiham olunurlar.

İstintaq müəyyən edib ki, Goranboy rayonunun 52 orta məktəbinin şagirdlərindən yığılmış 39.420 manat, Kəlbəcər rayonunun isə 11 məktəbinin şagirdlərindən yığılmış 4340 manat məbləğində pulun təqsirləndirilən şəxs Elmar Əliyev tərəfindən vətəndaşlara qaytarılması təmin edilib.

Əliyev Goranboyun 52 orta və Kəlbəcərin müvəqqəti olaraq bu rayonun ərazisində məskunlaşmış 11 orta məktəbinin XI sinif şagirdlərindən mərkəzləşdirilmiş qaydada keçirilməsi nəzərdə tutulan test imtahanlarında yüksək bal və attestat verilməsi müqabilində pul yığılmasını təşkil edərək külli miqdarda rüşvət alıb.

Əliyev buraxılış imtahanları ərəfəsində orta məktəb direktorlarının iştirakı ilə iclas keçirib və imtahanların nazirlik tərəfindən "çox ciddi" aparılacağını, təhsil şöbəsinin razılığı olmadan heç kimin imtahanları uğurla verib attestat almasının mümkün olmayacağını bildirib.

Buraxılış imtahanlarının qeyri-kafi göstəricilərlə yekunlaşacağından narahat olan məktəb direktorları məlum iclasdan sonra Əliyevə müraciət etmişlər. Əliyev, məktəb direktorlarına yaranmış vəziyyətdən çıxış yolu kimi imtahanı müvəffəqiyyətlə verib attestat almaq istəyən XI sinif şagirdlərinin hər birindən 100 manat yığıb şöbənin metodiki kabinetinin müdiri Faiq Dosiyev vasitəsilə ona çatdırılmasını göstərib.

Dosiyev öz növbəsində, Elmar Əliyevin tapşırığı əsasında məktəb direktorlarının şagirdlərdən 50-100 manat məbləğində topladıqları pulları qəbul edib Əliyevə verib.

Əliyevin yaşayış və iş yerlərində axtarış zamanı şagirdlərin 1996-2002-ci illərdə orta məktəbi bitirmələrinə dair müxtəlif seriya və nömrəli 44 ədəd yazılmış, 27 ədəd isə boş əsas təhsil haqqında şəhadətnamə və orta təhsil haqqında attestatlar aşkar edilərək götürülüb.

Məhkəmə baxışı 2010-cu il yanvarın 8-nə təyin edilib.

Xəbər lenti

Xəbər lenti