...

Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgisinin açılış mərasimində çıxış edib

Cəmiyyət Materials 19 Yanvar 2010 20:12 (UTC +04:00)
20 Yanvar faciəsinin iyirminci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova paytaxtda və regionlarda əhali arasında, gənclər və uşaqların iştirakı ilə maarifləndirmə tədbirləri keçirib, bu istiqamətdə təşkil olunmuş anım mərasimlərində iştirak edib.
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgisinin açılış mərasimində çıxış edib

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir Ü.Sadıxova/

20 Yanvar faciəsinin iyirminci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova paytaxtda və regionlarda əhali arasında, gənclər və uşaqların iştirakı ilə maarifləndirmə tədbirləri keçirib, bu istiqamətdə təşkil olunmuş anım mərasimlərində iştirak edib. Bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat verib.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında "20 Yanvar - qanlı və şanlı tariximiz" adlı kitab sərgisinin açılış və "Şəhidlər. Biblioqrafiya" kitabının təqdimat mərasimləri keçirilib.

Tədbirdə ombudsman Elmira Süleymanova, Milli Kitabxananın direktoru Kərim Tahirov, Milli Məclisin deputatları Həvva Məmmədova, Aqil Abbas və başqaları 20 Yanvar faciəsinin mahiyyəti barədə danışıblar.

"Keçmiş Sovet dövləti 20 il əvvəl beynəlxalq hüquq normalarını və SSRİ Konstitusiyasını pozaraq Azərbaycana qarşı misli görünməmiş hərbi təcavüz etmiş, nəticədə insanların ən ali hüququ olan yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur", - ombudsman çıxışında bildirib.

Ombudsman 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə bağlı bəyanat verdiyini və bu bəyanatın ən nüfuzlu beynəlxalq qurumlara ünvanlandığını bildirib. "Bu sənəddə dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəalarının kobud şəkildə pozulduğu, bu faciəyə bu günə kimi beynəlxalq hüquqi qiymət verilmədiyi diqqətə çatdırılıb", - o deyib.

Xəbər lenti

Xəbər lenti