• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Azərbaycanda təqaüd yaşına çatmış hakimlərin səlahiyyəti ilə bağlı hüquqi ziddiyyətlər var - ekspertlər

28 Yanvar 2010 13:32 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda bir neçə hakimin təqaüd yaşının çatmasına baxmayaraq, səlahiyyətlərinə xitam verilməməsi hüquq pozuntusu kimi qiymətləndirilir.

Azərbaycan Ali Məhkəməsində və Bakı Apelyasiya Məhkəməsində təqaüd yaşı çatmış 7 hakim var. Onlardan 5-i Ali Məhkəmədə, 2-si Bakı Apelyasiya Məhkəməsindədir. Bu məlumat Ali Məhkəmənin və apelyasiya məhkəmələrinin rəsmi internet saytlarında hakimlər barədə verilən məlumatlara istinadən hazırlanıb.

Konstitusiyanın 109-cu maddəsinin 9-cu və 95-ci maddəsinin 10-cu bəndlərinə uyğun olaraq, Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apelyasiya məhkəmələrinin hakimlərini prezidentin təqdimatı əsasında Milli Məclis təyin edir.

"Məhkəmələr və Hakimlər haqqında" qanunun 96-cı maddəsinin tələbinə görə, hakim vəzifəsinə hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə - 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər. İşə baxılan zaman hakimlərin səlahiyyət müddəti başa çatarsa, onların səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.

Lakin qeyd olunan məhkəmələrdə təqaüd yaşı 70-dən çox olan hakimlər səlahiyyətlərini davam etdirirlər.

Ali Məhkəmədə Hacıbala Sadıqov (1935), Müzəffər Ağazadə (1939), Nəriman Hüseynov (1932), Oqtay Maqsudov (1937), Bakı Apelyasiya Məhkəməsində Rəsul Səfərov (1938) və Hüseyn Talıbov (1937) təqaüd yaşına çatmış hakimlərdir.

Hakim Müzəffər Ağazadə Trend -a bildirib ki, onlar 2000-ci ilin iyulunda Ali Məhkəməyə hakim təyin olunublar və onların səlahiyyət müddəti 10 ildir. Bu müddət bu ilin iyulunda başa çatır.

Ağazadə bildirib ki, "Məhkəmələr və Hakimlər haqqında" qanunun 96-cı maddəsinin müddəaları 2005-ci il 1 yanvar tarixinədək hakim vəzifəsinə təyin edilmiş hakimlərə şamil edilmir və onlar səlahiyyətlərinin icrasını davam etdirirlər.

"Konstitusiyaya görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Qanunun bu müddəası isə şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırmadığı üçün geriyə şamil oluna bilməz. Bu səbəbdən də həmin müddəa 2000-ci ildə təyin edilmiş hakimlərə şamil olunmur", - deyə hakim bildirib.

Ali Məhkəmənin hakimi Oqtay Maqsudov bildirib ki, Konstitusiyaya görə Azərbaycanda hakimlər ömürlük seçlir.

"Lakin qanunda yaş həddinin müəyyən edilməsi ziddiyyət yaradır. Xarici ölkələrdə hakimlər ömürlük seçilirlər. Onların hansısa yaş həddində təqaüdə göndərilməsi təcrübəsi yoxdur. Hakim özü səhhəti imkan vermədikdə, səlahiyyətinə xitam verilməsi barədə müraciət edə bilər", - deyə Maqsudov vurğulayıb.

Hakim deyib ki, onların səlahiyyəti iyulda başa çatır və həmin müddətədək səlahiyyətlidirlər.

Ekspertlər hakimlərin təqaüd yaşı çatdığı halda hakim səlahiyyətlərinə xitam verilməməsini qanunsuz hesab edirlər.

Vəkil Fuad Ağayev Trend -a bildirib ki, hakimin səlahiyyət müddəti artırılmış olsa belə, hakim 70 yaşa çatandan sonra onun səlahiyyətinə xitam verilməlidir.

Vəkil hesab edir ki, həmin hakimlərin iştirakı ilə qəbul edilmiş məhkəmə qərarlarını şübhə altına almaq mümkündür.

"Onların təqaüd yaşının ötməsi pozuntudur, həmin hakimin qərarları isə ciddi şəkildə şübhə doğurur", - deyə vəkil vurğulayıb.

Vəkil şəxsin vəziyyətini ağırlaşdıran normativ-hüquqi aktların geriyə şamil olunmaması ilə bağlı Ali Məhkəmənin hakiminin izahını yanlış hesab edir.

"Konstitusiyanın həmin müddəası vətəndaşların hüquq və azadlıqlarına aiddir və heç bir halda hakim funksiyasını həyata keçirən şəxslərə və yaxud dövlətin vəzifəli şəxslərinə şamil oluna bilməz", - Ağayev vurğulayıb.

Ağayev bu məsələ ilə bağlı Avropa Məhkəməsinə şikayətlərin göndərildiyini deyib və vəkil hesab edir ki, təqaüd yaşı çatmış hakimin səlahiyyətinə xitam verilməməsi Azərbaycan üçün ciddi problemlər yarada bilər. Vəkil bu pozuntuların aradan qaldırılmasını tövsiyə edir.

Vəkil Aslan İsmayılov isə deyir ki, hakimin yaxşı və ya pis fəaliyyət göstərməsindən asılı olmayaraq qanunun tələblərinə riayət olunmalıdır.

"Qanunu pozmaqla hakimin səlahiyyət müddətinin artırılması yolverilməzdir", - İsmayılov deyib.

Vəkil Kamandar Nəsibov da həmkarları ilə razıdır və hesab edir ki, həmin hakimlərin səlahiyyəti bu ilin iyulunda başa çatsa belə, təqaüd yaşı çatan hakim mütləq səlahiyyətlərinin icrasından uzaqlaşdırılmalıdır.

Nəsibovun fikrincə, hakimlərin təqaüd yaşına çatdığı halda fəaliyyətini davam etdirməsi onların özü üçün də əzablıdır.

"Yaş həmişə öz nəticəsini göstərir. Onlar təcürbəli, peşəkar hakimlərdir. Amma qanunun göstərişlərinə əməl olunmalıdır", - vəkil bildirib. Nəsibov həmin hakimlərin qəbul etdiyi qərarların hüquqi baxımdan mübahisələndirməyin, onlara şübhə ilə yanaşmağın tərəfdarı deyil.

"Onların səlahiyyətinə xitam verilməyibsə, fəaliyyətlərini davam etdirirlərsə, qəbul etdikləri qərarları mübahisələndirmək olmaz", - vəkil vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
Sabah Bakının 2 rayonunda qaz olmayacaq
Cəmiyyət 18:21
BDU-da Koreyanın Kinq Seconq İnstitutu Fondunun nümayəndələri ilə görüş olub (FOTO)
Cəmiyyət 18:10
66 uşaq sosial sığınacaq və reabilitasiya müəssisəsinə yerləşdirilib
Cəmiyyət 17:01
Azərbaycandakı hotellərdə daha çox BƏƏ və Rusiya vətəndaşları gecələyir
Cəmiyyət 16:30
Azərbaycan və Qazaxıstan bitki ehtiyatları sahəsində birgə tədqiqatlar aparacaq
Cəmiyyət 15:50
Aprelin 29-da növbəti sınaq imtahanı keçiriləcək
Cəmiyyət 15:35
Binəqədidə akademik Zərifə Əliyeva anılıb (FOTO)
Cəmiyyət 14:37
Ukraynada akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)
Cəmiyyət 13:59
Heydər Əliyev prospektində yol qəzası tıxac yaratdı (FOTO)
Cəmiyyət 13:58
Nizami rayonunda akademik Zərifə Əliyevanın xatirəsi anılıb (FOTO)
Cəmiyyət 11:57
Müəllimlərin işə qəbulu qaydaları yenilənəcək
Cəmiyyət 11:52
"Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayevin 43 yaşı tamam olur
Cəmiyyət 11:44
Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər (ÖZƏL)
Cəmiyyət 10:07
Dövlət qulluğunda işləmək istəyənlər üçün YENİ XƏBƏR
Cəmiyyət 10:02
DİN: 86 cinayət faktı qeydə alınıb
Cəmiyyət 09:50
Bakıda Formula 1 yarışları zamanı radiotezliklərin qorunması gücləndirilib
Cəmiyyət 09:05
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 110 il keçir
Cəmiyyət 08:46
Azərbaycandakı vulkanların palçığında qızıl, gümüş, dəmir, mis aşkarlanıb
Cəmiyyət 07:45
Ən çox oxunanlar
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 110 il keçir
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 110 il keçir
Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər (ÖZƏL)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir
Nəzər nöqtəsi
Azərbaycan deputatı: "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır

Azərbaycan deputatı: "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter