...

Azərbaycanda "Gənclər terror əleyhinə" adlı internet aksiyasına start verilib (FOTO)

Cəmiyyət Materials 31 Mart 2010 14:00 (UTC +04:00)
Azərbaycanda çərşənbə günü "Gənclər terror əleyhinə" adlı internet aksiyaya start verilib.
Azərbaycanda "Gənclər terror əleyhinə" adlı internet aksiyasına start verilib (FOTO)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir T.Hacıyev/

Azərbaycanda çərşənbə günü "Gənclər terror əleyhinə" adlı internet aksiyaya start verilib.

"Artıq 4 ildir, bu internet aksiyaları həyata keçirilir. Bu illər ərzində göndərilən məktublara cavablar verilir. Çünki ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım faktları ilə bağlı bu gün dünya ictimaiyyətinin kifayət qədər məlumatı yoxdur".  Trend -un məlumatına görə, bunu çərşənbə günü 31 Mart - Soyqırım Günü ilə bağlı keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev məlumat verib.

Trend -un arayışı: 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gündə Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Babayev deyib ki, aksiya nəticəsində Gənclər və İdman Nazirliyinin təşəbbüsü, gənclər təşkilatlarının, ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstrən tələbə-gənclər təşkilatlarının fəal iştirakı ilə keçirilən aksiya vasitəsilə Avropa Şurasına, Avropa Parlamentinə, BMT-nin müxtəlif strukturlarına, nüfuzlu beynəlxalq siyasi təşkilatlara, xarici ölkələrin parlament üzvlərinə və xarici diplomatik korpuslarının 20 000-dən çox elektron poçt ünvanına 1918-ci il 31 Mart soyqırımı, ermənilər tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə həyata keçirilmiş terror aktları barədə məlumat göndəriləcək.

"Məqsədimiz budur ki, xarici ölkələrdəki daha geniş dairələrə bu məlumatı çatdıraq. Bunu da həmin ölkərdə olan aktiv ictimai-siyasi dairələr vasitəsilə etmək niyyətindəyik", - Babayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti