...

Azərbaycanın Ağcabədi rayonunda daşqınlarla əlaqədar 40 məktəbdə dərslər dayandırılıb

Cəmiyyət Materials 7 May 2010 18:53 (UTC +04:00)
Azərbaycanın Ağcabədi rayonunda daşqınlarla əlaqədar 40 məktəbdə dərslər dayandırılıb. Bu barədə cümə günü təhsil naziri Misir Mərdanov bildirib.
Azərbaycanın Ağcabədi rayonunda daşqınlarla əlaqədar 40 məktəbdə dərslər dayandırılıb

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ağcabədi rayonunda daşqınlarla əlaqədar 40 məktəbdə dərslər dayandırılıb. Bu barədə cümə günü təhsil naziri Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, Salyanda da çoxlu sayda məktəbdə dərslər aparılmır.

"Zərdab rayonunda 40 məktəb dərsləri başqa müəssisələrə keçirib", - təhsil naziri bir müddət əvvəl bildirmişdi.

Son həftə ərzində intensiv yağışlar nəticəsində daşqınlar ölkənin Zərdab, Salyan, Neftçala, Şirvan rayonlarına əhəmiyyətli dərəcədə ziyan vurub. Bu bölgələrin kəndlərinin əksəriyyətini su basıb.

Xəbər lenti

Xəbər lenti