...

Salyandakı Olimpiya Komitəsini subasma təhlükəsi var – Azərbaycanın idman naziri

Cəmiyyət Materials 11 May 2010 13:39 (UTC +04:00)
Salyandakı Olimpiya Kompleksi su altında qalmaq təhlükəsi ilə üzləşib. Bu barədə gənclər və idman naziri Azad Rəhimov çərşənbə axşamı jurnalistlərə məlumat verib.
Salyandakı Olimpiya Komitəsini subasma təhlükəsi var – Azərbaycanın idman naziri

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir M.Əliyev/

Salyandakı Olimpiya Kompleksi su altında qalmaq təhlükəsi ilə üzləşib. Bu barədə gənclər və idman naziri Azad Rəhimov çərşənbə axşamı jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, leysan yağışları və daşqınlar nəticəsində Azərbaycanın bir sıra regionlarında təkcə yaşayış evlərini deyil, həm də ayrı-ayrı ictimai obyektlərin su altında qalmaq təhlükəsi yaranıb. Onların arasında regional Olimpiya kompleksləri də var.

Nazir deyib ki, bu gün yalnız Salyandakı Olimpiya kompleksinin su altında qalması üçün real təhlükə mövcuddur.

Onun sözlərinə görə, hələlik Kür çayının suyu Olimpiya komleksinin binasına çatmayıb. Lakin əgər suyun səviyyəsi əvvəlki kimi qalxmaqda davam edərsə, kompleksin zirzəmisini su basacağı ilə bağlı real təhlükə var.

Xəbər lenti

Xəbər lenti