...

Azərbaycan Meksikada beynəlxalq müsabiqədə birinci yer tutub

Cəmiyyət Materials 14 May 2010 18:26 (UTC +04:00)
Azərbaycan Meksikada beynəlxalq müsabiqədə birinci yer tutub. Mayın 12-də hər il Meksikada keçirilən minilliyin 15 qlobal təklifi üzrə "Qlobal minilliyin mükafatı" beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
Azərbaycan Meksikada beynəlxalq müsabiqədə birinci yer tutub

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Meksikada beynəlxalq müsabiqədə birinci yer tutub. Mayın 12-də hər il Meksikada keçirilən minilliyin 15 qlobal təklifi üzrə "Qlobal minilliyin mükafatı" beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

Mükafatlandırılma mərasimində Azərbaycan Futuroloqlar Cəmiyyətinin rəhbəri Reyhan Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Müsabiqəyə 2009-ci ildə Azərbaycan məktəbliləri arasında "Gələcək nəsillərlə üz-üzə" möüzusunda keçirilən ümummilli müsabiqənin qaliblərinin işləri təqdim olunub.

"Qlobal minilliyin mükafatı" müsabiqəsində Azərbaycan tərəfindən birinci yerləri Ayan Əliyeva ("Qadının statusu"), Aydan Xələfova ("Dünya və münaqişə"), Şərqiyyə Məmmədova ("Dayanıqlı inkişaf"), Lalə Həsənova ("İnformasiya və kommunikasiya texnologiyaları") tutublar.

Ümumilikdə 10 qalib müəyyən olunub: 5-i Meksikadan, 4-ü Azərbaycandan və biri Cənubi Koreyadan. Mükafatlandırılma mərasimi mayın 12-də Meksikada Diyeqo Riveranın muzeyində baş tutub.

Rəyasət Heyətində mükafatlar hökumət üzvləri və Meksika ştatlarının, YUNESKO və ölkədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatların nümayəndələri, həmçinin Dieqo Rivera muzeyinin direktoru Karmen Geytan və rəssam Dieqo Riveranın qızı Quadelupe Rivera tərəfindən təqdim olunub. Həmçinin Azərbaycan nümayəndə heyətinin rəhbəri Reyhan Hüseynova Rəyasət Heyətinin üzvü olub.

Mərasimdə çıxış edən Hüseynova deyib ki, Azərbaycan müsabiqədə qələbə qazandığına görə qürur duyur. Həmçinin, o, əmin olduğunu bildirib ki, müsabiqə iştirakçılarının əksəriyyəti Azərbaycan haqqında lazımi qədər informasiya əldə ediblər.

Hüseynova Azərbaycanın Meksikadakı səfirliyinə Azərbaycanı son üç ildə bu müsabiqədə iştirak etməsi məqsədilə dəstəklədiyinə görə minnətdarlığını bildirib. Mükafatlandırılma mərasiminin sonunda azərbaycanlı qalib Aydan Xələfova "TELEVISA" televiziya kanalına müsahibə verib.

Tədbirdə Təhsil Nazirliyinin, QHT-lərin, Meksika KİV-in nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Meksikadakı səfiri İlqar Muxtarov iştirak edib.

Xəbər lenti

Xəbər lenti