...

Azərbaycanda nizamnamə qaydalarını pozmaqda ittiham olunan hərbi qulluqçunun cəzası azaldıldı

Cəmiyyət Materials 24 May 2010 11:17 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Gəncə Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri Əli Səlim oğlu Tağızadənin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Tağızadənin apelyasiya şikayəti təmin edilib və Gəncə Hərbi Məhkəməsinin hökmü dəyişdirilib. Tağızadənin barəsində 1 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Azərbaycanda nizamnamə qaydalarını pozmaqda ittiham olunan hərbi qulluqçunun cəzası azaldıldı

Azərbaycan, Bakı, 24 nay /Trend, müxbir H.Bağırov/

Azərbaycanda nizamnamə qaydalarını pozmaqda ittiham olunan hərbi qulluqçunun apelyasiya şikayəti təmin edilib.

Trend-in məlumatına görə, bu gün Gəncə Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri Əli Səlim oğlu Tağızadənin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Tağızadənin apelyasiya şikayəti təmin edilib və Gəncə Hərbi Məhkəməsinin hökmü dəyişdirilib. Tağızadənin barəsində 1 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Tağızadə Cinayət Məcəlləsinin rəisə qarşı zorakı hərəkətlər etmə (330.2.3) maddəsi ilə ittiham edilib və Gəncə Hərbi Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum olunub.

İttihama görə, Tağızadə 2009-cu il noyabrın 5-də əsgər yeməkxanasında olarkən, xidmət yoldaşı, kiçik çavuş Saleh Telman oğlu Salmanovu döyərək, ona sağlamlığının uzun müddət pozulmasına səbəb olan xəsarətlər yetirib.

Xəbər lenti

Xəbər lenti