...

Peşə təhsili sahəsi üzrə Koreya təcrübəsindən bəhrələnməyimiz zəruridir – Azərbaycanın təhsil naziri

Cəmiyyət Materials 10 İyun 2010 17:52 (UTC +04:00)
Peşə təhsili sahəsi üzrə Koreya təcrübəsindən bəhrələnməyimiz zəruridir. Trend-in Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşü zamanı deyib.

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir T.Hacıyev/

Peşə təhsili sahəsi üzrə Koreya təcrübəsindən bəhrələnməyimiz zəruridir. Trend-in Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşü zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda Peşə Təlimi Mərkəzinin yaradılması istiqamətində Cənubi Koreyanın "DAEWOO" şirkəti ilə birgə görülən işlər yaxın zamanlarda reallaşacaq.

"Azərbaycanla Koreya arasında tələbə mübadiləsi aparılır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 22, ümumilikdə isə 70-dan artıq azərbaycanlı gənc hazırda Cənubi Koreya universitetlərində təhsil alır. Dövlət xətti ilə Koreya təqaüdləri hesabına 8 azərbaycanlı gənc bu ölkədə oxuyur", - nazir əlavə edib.

Səfir Li Ci Ha ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafını, təhsil sahəsinin isə bu əlaqələrdə mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

"Ölkəmizlə müxtəlif layihələr çərçivəsində əlaqələr yaradılıb. Azərbaycanla Koreya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində universitetlərarası əlaqələrin və tələbə mübadiləsinin mühüm rolu var", - o əlavə edib.

Görüşdə təhsildə "Elektron hökumət" layihəsinin və İKT-nin tətbiqi üzrə Koreya təcrübəsinin öyrənilməsi, təhsil sahəsi üzrə əməkdaşlığa dair konkret təkliflər hazırlanması və digər məsələlərlə bağlı müzakirələr də aparılıb.

Xəbər lenti

Xəbər lenti