...

Azərbaycanda korrupsiyaya görə bir neçə yol polisi cəzalandırıldı

Cəmiyyət Materials 24 Fevral 2011 18:31 (UTC +04:00)
Habelə, xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşaraq həmkarlarının qanunsuz hərəkətlərinə göz yummuş Yol Patrul Xidmətinin altı əməkdaşı tutduqları vəzifədən azad ediliblər.
Azərbaycanda korrupsiyaya görə bir neçə yol polisi cəzalandırıldı

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Korrupsiya faktı ilə əlaqədar bir qrup yol polisi cəzalandırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin üç əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunub.

Habelə, xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşaraq həmkarlarının qanunsuz hərəkətlərinə göz yummuş Yol Patrul Xidmətinin altı əməkdaşı tutduqları vəzifədən azad ediliblər.

Xəbər lenti

Xəbər lenti