...

Meksika və Kosta Rikada Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar məqalələr dərc edilmişdir

Cəmiyyət Materials 27 Fevral 2011 11:35 (UTC +04:00)
Meksika və Kosta Rikada nəşr edilən nüfuzlu mətbuat orqanlarında Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Səfir İ.Muxtarovun məqalələri dərc edilmişdir.
Meksika və Kosta Rikada Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar məqalələr dərc edilmişdir

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Meksika və Kosta Rikada nəşr edilən nüfuzlu mətbuat orqanlarında Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Səfir İlqar Muxtarovun məqalələri dərc edilmişdir.

Trend-in Azərbaycanın Meksika birləşmiş ştatlarindaki səfirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2011-ci ilin fevral ayının 25-də Kosta Rikada dərc olunan "La Nación" qəzetində, fevral ayının 26-da isə Meksikada dərc edilən "Milenio" qəzetində "Xocalı: bir şəhərciyin sonuncu günü" adlı məqalə dərc edilmişdir.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər.

Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib

Xəbər lenti

Xəbər lenti