...

Azərbaycan və Rusiyanın Fövqəladə Hallar nazirlikləri birgə konfrans keçirəcəklər

Cəmiyyət Materials 10 May 2011 17:08 (UTC +04:00)
Mayın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasında "Fövqəladə halların xəbərdar edilməsi və ləğvi sahəsində kadrların hazırlanmasının aktual məsələləri" mövzusunda Rusiya-Azərbaycan konfransı keçiriləcək.
Azərbaycan və Rusiyanın Fövqəladə Hallar nazirlikləri birgə konfrans keçirəcəklər

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.Tariverdiyeva/

Mayın 12-də Novoqorsk şəhərində Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Akademiyasında "Fövqəladə halların xəbərdar edilməsi və ləğvi sahəsində kadrların hazırlanmasının aktual məsələləri" mövzusunda Rusiya-Azərbaycan konfransı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə FHN-in rəsmi saytı məlumat verib.

Konfransda Azərbaycan FHN, Azərbaycan FHN-in Akademiyası, Rusiya FHN Voronej Dövlət Yanğından Mühafizə Xidməti İnstitutu, Rusiya FHN Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti və Rusiya FHN Moskva Dövlət Yanğından Mühafizə Akademiyasının nümayəndələri iştirak edəcəklər.

Konfrans zamanı fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində kadrların hazırlanmasının aktual məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti