...

Uşaq hüquqlarını pozan valideynlər məsuliyyətə cəlb oluna bilərlər

Cəmiyyət Materials 20 May 2011 14:45 (UTC +04:00)
Azərbaycanda övladlarının hüquqlarını pozan valideynlər inzibati və cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib.
Uşaq hüquqlarını pozan valideynlər məsuliyyətə cəlb oluna bilərlər

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanda övladlarının hüquqlarını pozan valideynlər inzibati və cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib. O deyib ki, valideynlər tərəfindən uşaq hüquqlarının pozulmasının qarşısını almaq üçün valideynlərin məsuliyyəti artırılmalıdır.

"15 yaşında qız ərə verilirsə, onun hüquqları pozulursa, həmin uşağa qarşı zorakılıq valideyn tərəfindən edilir. Məsələyə "uşaq mənimdir, oxutmuram, əl çəkin" mövqeyi ilə yanaşanlar Konstitusiya və qanunlara hörmətsizlik edir", - Komitə sədrinin müavini deyib.

Qəhrəmanovanın sözlərinə görə, valideyn övlad üzərində məsuliyyətini dərk etməlidir.

"Həmin uşaq tək ailə üçün deyil, həm də dövlət və cəmiyyət üçün yetişdirilir. Bunu valideyn dərk etməzsə, o hər bir formada cəzalandırılmalıdır. Bu məsuliyyət həm inzibati, həm də cinayət məsuliyyəti ola bilər", - Qəhrəmanova vurğulayıb.

Xəbər lenti

Xəbər lenti