...

Azərbaycanda dövlət qulluqçularının ixtisas artırması ilə bağlı dövlət sifarişi hazırlanır

Cəmiyyət Materials 8 İyun 2011 10:48 (UTC +04:00)
Azərbaycanda dövlət qulluqçuları üçün ixtisasartırma ilə bağlı dövlət sifarişinin hazırlanması üçün Nazirlər Kabinetinə müraciət olunub.
Azərbaycanda dövlət qulluqçularının ixtisas artırması ilə bağlı dövlət sifarişi hazırlanır

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluqçularının ixtisas artırması ilə bağlı dövlət sifarişinin hazırlanması üçün Nazirlər Kabinetinə müraciət olunub.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Trend-ə bildirib ki, Komissiya bununla bağlı dövlət orqanlarından verilən məlumatları ümumiləşdirib və yekun sənəd hazırlayıb.

Hazırlanmış sənəddə dövlət qulluqçularının 3 istiqamətdə ixtisas artırması barədə bütün dövlət orqanlarının sifarişləri əksini tapıb.

Xəlilov bildirib ki, Komissiya məlumatların ümumiləşdirlməsi üçün bütün dövlət orqanlarına ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı müraciət etmişdi.

Hər bir dövlət orqanı neçə dövlət qulluqçusuna və hansı mövzuda ixtisasartırmaya ehtiyacı olduğu barədə Komissiyaya məlumatlar təqdim edib.

Komissiya rəhbəri bildirib ki, dünya praktikasında dövlət qulluqçularının ixtisas artırması 3 istiqamətdə aparılır.

"Birincisi, büttün dövlət orqanlarına aid istiqamətdir. Məsələn, dövlət qulluqçularının etik davranışı. İkincisi, hər bir dövlət qulluqçusunun ixtisası ilə bağlı, üçüncüsü, dövlət qulluqçusunun xüsusi bilikləri (xarici dil, kompyuter) ilə bağlı istiqamətdir", - Xəlilov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti