...

Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadıldı

Cəmiyyət Materials 15 İyul 2011 14:15 (UTC +04:00)
2011/2012-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanlar üçün daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçmə müddəti uzadılıb.
Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadıldı

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanlar üçün daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçmə müddəti uzadılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bakalavrlar iyulun 18-i saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

Bundan əvvəl bakalavrların qeydiyyatdan keçmə müddətinin bu gün yekunlaşması nəzərdə tutulmuşdu.

Xəbər lenti

Xəbər lenti