Azərbaycan, Bakı, 22 dekabr / Trend müxbir T.Cəfərov/
Tehranda cəza çəkən yetkinlik yaşına çatmayan qızların 50 faizi qanunsuz cinsi əlaqədə (zina), 30 faizi evdən qaçmaqda ittiham olunaraq məhkum ediliblər. Trend-in İranın MEHR xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Tehranın İslah Müəssisəsinin rəhbəri Əli Rüstəmi deyib.
Rüstəmi bildirib ki, 2001-ci ildən 2011-ci ilin ilk altı ayına qədər olan dövrdə yetkinlik yaşına çatmayanların 28 faizi oğurluq və soyğunçuluq, 18 faizi xəsarət yetirmə, 12 faizi narkotik maddələrdən istifadə cinayətlərində təqsirli bilinərək məhkum olunublar.
Onun sözlərinə görə, islah müəssisəsində saxlanılan yetkinlik yaşına çatmayanların 87 faizi ilk dəfə məhkum olunanlardır.