...

Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edib

Cəmiyyət Materials 22 Dekabr 2011 17:01 (UTC +04:00)
Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edib.
Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edib

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumətin qərarı ilə nazirliyin kollegiyasının yeni tərkibi təsdiq olunub.

Nazirin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Sevda Məmmədəliyeva, Nazim Səmədov, Ədalət Vəliyev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Natiq Abdullayev, Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov və Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov kollegiyanın üzvləri təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti