...

Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrdən daxil olan müraciətlərin sayı artıb

Cəmiyyət Materials 16 Yanvar 2012 13:05 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrdən daxil olan müraciətlərin sayı artıb
Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrdən daxil olan müraciətlərin sayı artıb

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

2011-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr şöbəsinə xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı 2010-cu illə müqayisədə 3 faiz artıb.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, ötən il Dövlət Sosial Müdafiə Fonduna daxil olan 1916 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib.

Qeyd olunan dövr ərzində MDB ölkələrindən 1407 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Тürkiyə Cümhuriyyəti gəlir və qardaş ölkədən Fonda 142 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir.

Dövlət Sosial Müdafiə Fonduna daxil olan digər 367 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.

Xəbər lenti

Xəbər lenti