...

Polşa müğənnisi Azərbaycan dilində "Sarı gəlin" mahnısını ifa edib

Cəmiyyət Materials 16 Mart 2012 20:52 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfirliyi Novruz bayramı ilə əlaqədar ziyafət təşkil edib.
Polşa müğənnisi Azərbaycan dilində "Sarı gəlin" mahnısını ifa edib

Azərbaycan, Bakı, 16 mart /Trend/

Azərbaycanın Polşadakı səfirliyi Novruz bayramı ilə əlaqədar ziyafət təşkil edib.

Səfirlikdən cümə günü Trend-ə verilən məlumata görə, sözügedən ziyafətdə Polşa Prezidenti Administrasiyası, Polşa Senatı və Seyminin rəhbərliyi və üzvləri, nazirlər və Polşanın müxtəlif nazirliklərindən, o cümlədən XİN-dən yüksəkvəzifəli şəxslər iştirak ediblər.

Tədbir zamanı səfir Həsən Həsənov çıxış edərək qonaqlara Novruz bayramı, onun tarixi və xalqımızın Novruz bayramına verdiyi önəm barədə məlumat verib.

Tədbirdə Polşanın tanınmış kino və teatr aktrisası və müğənnisi xanım Malvina Kusior Azərbaycan dilində "Sarı gəlin" mahnısını ifa edib.

"Sarı gəlin" Azərbaycan xalq musiqisinin zirvəsidir. Mən onu sevə-sevə ifa etdim və onun timsalında Azərbaycan xalq musiqisinə valeh oldum. Odur ki, gələcəkdə öz repertuarımı Azərbaycan xalq musiqisi nümunələri hesabına daha da genişləndirməyi düşünürəm", - xanım Malvina "Sarı gəlin" mahnısını ifa etdikdən sonra deyib.

Xəbər lenti

Xəbər lenti