...

Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrlara xəbərdarlıq

Cəmiyyət Materials 11 İyun 2012 13:08 (UTC +04:00)
Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçimi sabah saat 24:00-da başa çatacaq.
Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrlara xəbərdarlıq

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçimi sabah saat 24:00-da başa çatacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, martın 4-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri əsasında müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrlar iyunun 4-dən proqram seçiminə başlayıblar.

Bakalavrlar qeyd olunan müddətə qədər elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Proqram seçib təsdiq etmiş bakalavrlar iyunun 20-dən 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi iyunun 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablan­dırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Xəbər lenti

Xəbər lenti