...

Fövqəladə hallar naziri BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi ilə görüşüb

Cəmiyyət Materials 10 Oktyabr 2012 18:58 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Fikrət Akçura ilə görüşüb.
Fövqəladə hallar naziri BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Fikrət Akçura ilə görüşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı nazir FHN və BMT-nin aidiyyəti strukturları arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd edib.

Qonaq aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.

Həmçinin, görüş zamanı FHN ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında imzalanmış "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsinin icrası ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Görüşün sonunda nazir, Fikrət Akçuranın Azərbaycan Respublikasında diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar gələcək işlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti