...

Ermənilərin törətdiyi soyqırımlarla bağlı sənədlərin ilk 4 cildi Azərbaycanın Baş Prokurorluğuna təqdim edilib

Cəmiyyət Materials 29 Oktyabr 2012 11:22 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunması məqsədilə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı apardığı araşdırmalar nəticəsində əldə etdiyi sənədlərin ilk 4 cildini Respublika Prokurorluğuna təqdim edib.
Ermənilərin törətdiyi soyqırımlarla bağlı sənədlərin ilk 4 cildi Azərbaycanın Baş Prokurorluğuna təqdim edilib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunması məqsədilə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı apardığı araşdırmalar nəticəsində əldə etdiyi sənədlərin ilk 4 cildini Respublika Prokurorluğuna təqdim edib. Bunu Trend-ə institutun direktoru Yaqub Mahmudov deyib.

Sorqırımla bağlı Haaqa Məhkəməsinə sənədlərin təqdim edilməsini məqbul sayan Mahmudovun sözlərinə görə, yeni aparılan araşdırmalar başa çatdıqca, onların da nəticələri Respublika Prokurorluğuna təhvil veriləcək.

Tarix İnstitutunun direktoru qeyd edib ki, artıq ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımla bağlı bir xeyli faktlar, mənbələr əldə edilib.

"Bu istiqamətdə iş aparmağımız üçün o qədər də böyük vaxt lazım deyil. İrəvan və onun ətrafındakı yerlər 1918-ci il mayın 29-da ermənilərə veriləndən sonra orada yaranan Arorat Ermənistan Respublikası dövlət olaraq öz ərazisində, yəni bizim keçmiş torpaqlarımızda - İrəvan xanlığının torpağında sorqırımlara başladı. Biz indi o problemi araşdırırıq. Onu araşdırarkən bu problem özünü tamamilə dolğun şəkildə göstərəcək", - tarixçi deyib.

Mahmudov əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi səhv qərarın nəticəsində xalqımız öz torpağından məhrum edilib, onlara qarşı öz torpaqlarında soyqırım həyata keçirilib.

"Biz indi o faktları ortalığa qoyuruq. Bununla da bu iş tamamlanmış olacaq. Güman edirəm ki, bu sənədləri başa çatdırdıqdan sonra Respublika Prokurorluğu bizimlə əməkdaşlığı daha da sıxlaşdırıb sənədlərin hamısının beynəlxalq məhkəməyə verilməsinə nail olacaq", - institut direktoru deyib.

Mahmudov soyqırımla bağlı Türkiyə və Azərbaycan tarixçilərinin birgə araşdırma aparacağını da bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti