...

TQDK-ya daha bir səlahiyyət verildi

Cəmiyyət Materials 15 Fevral 2013 13:14 (UTC +04:00)
Bu ildən Azərbaycanda peşə liseylərinin məzunları üçün buraxılış imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparacaq. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.
TQDK-ya daha bir səlahiyyət verildi

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu ildən Azərbaycanda peşə liseylərinin məzunları üçün buraxılış imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparacaq. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il bu imtahanlar Təhsil Nazirliyi tərəfindən aparılırdı. Bu il isə həm 9, həm də 11 illik bazadan peşə iseylərində buraxılış imtahanlarını TQDK keçirəcək.

Abbaszadə deyib ki, peşə liseylərinə buraxılış imtahanları martın 17-də olacaq.

TQDK sədrinin sözlərinə görə, peşə liseylərinin buraxılış imtahanlarının tez keçirilməsi həqiqi hərbi xidmətə çağırışla əlaqədardır. Çünki peşə liseylərinin məzunları aprelin 1-dən hərbi qulluğa çağırılırlar.

Komissiya sədrinin sözlərinə görə, orta məktəblərə buraxılış imtahanları (eksternat və təkrar buraxılış imtahanları daxil olmaqla) iyunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti