...

İranda yalnız 3 aeroport beynəlxalq standartlara cavab verir

Cəmiyyət Materials 15 Mart 2013 16:20 (UTC +04:00)
İrandakı 54 aeroportdan yalnız 3-ü beynəlxalq standartlara cavab verir. Trend-in cümə günü "CHN Press" agentliyinə istinadən verdiyi məlumaat görə, bunu Turizm sahəsində ixtisaslaşmış təşkilatların Beynəlxalq Konfransının baş katibi Məhəmmədrza Kaşanipur deyib.
İranda yalnız 3 aeroport beynəlxalq standartlara cavab verir

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İrandakı 54 aeroportdan yalnız 3-ü beynəlxalq standartlara cavab verir. Trend-in cümə günü "CHN Press" agentliyinə istinadən verdiyi məlumaat görə, bunu Turizm sahəsində ixtisaslaşmış təşkilatların Beynəlxalq Konfransının baş katibi Məhəmmədrza Kaşanipur deyib.

"İranın beynəlxalq standartlara cavab verən 3 - Mehrabad, İmam Xomeyni və Məşhəd aeroportu var. Qalan hava limanları standartlardan aşağı səviyyədədir və onların saxlanmasına çəkilən xərclər gəlirləri 4-10 dəfə üstələyir", - Kaşanipur qeyd edib.

O deyib ki, İrana səfər etmək istəyən xarici turistlər istəyirlər ki, turizm sahəsi beynəlxalq standartlara cavab versin, lakin bu, İranda nadir haldır.

"Turistlər beşulduzlu hotellərdə qalmaq istərdilər, lakin İranda belə hotellər yoxdur. Çünki ölkə bunun üçün beynəlxalq təşkilatlardan kreditlər ala bilmir. Eyni vəziyyət aeroportlara da aiddir", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti