Azərbaycan, Bakı, 31 mart /Trend/
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdet Ünüvar 31 Mart gününün bütün Türk dünyasında unutulmayacaq bir tarix olacağını, 1918 ildə minlərlə Azərbaycan -türklərinin ermənilər tərəfindən xüsusi amansızlıqla qətl edilmələrinin sözün əsl mənasında soyqırım olduğunu vurgulayıb.
31 Mart tarixi təqvimdə hüzün günü olduğunu söyləyən Ünüvarın mesajinda belə deyilir: "95 il bundan əvvəl 31 Mart günü Azərbaycan Türklərinə qarşı soyqırım həyata keçirilib".
"Azərbaycan xalqi bir əsrdir ki, soyqırıma məruz qalmışdır, soyqırımı sübut edəcək sənədlərin, fotoşəkillərin olmasına baxmayaraq dünya ölkələri hələdə bu faciəyə səssiz qalmaqda davam edirlər və bu laqeyid münasibət bizi narahat edir" açıqlamada deyilir.
Millət vəkili 1998-ci il martın 26-dan etibarən prezident Heydər Əliyev fərmanı ilə 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunduğunu da xatırladıb.
Ünüvarın sözlərinə görə, 24 Aprel tarixini qondarma soyqırım iddialari ilə bütün dünya ictimaətinə sübut etdirməyə çalışanlar, öz tarixlərindəki Azərbaycanlı qardaslarımıza qarşı sistematik şəkildə qətliamları ört basdır edərək unutdurmağa çalışsalarda xalq ve tarix bunu unutmayacaq.