...

Bakının mərkəzindən "Olimpiya" stadionuna qədər inşa ediləcək yeni yolun istiqamətləri açıqlandı

Cəmiyyət Materials 2 Aprel 2013 10:20 (UTC +04:00)
Bakıda paytaxtın mərkəzindən “Olimpiya” stadionuna qədər yeni yol inşa ediləcək.
Bakının mərkəzindən "Olimpiya" stadionuna qədər inşa ediləcək yeni yolun istiqamətləri açıqlandı

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Bakının mərkəzindən "Olimpiya" stadionuna qədər yeni yol inşa ediləcək.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə parallel nəzərdə tutulan bu yol başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə birbaşa "Olimpiya" stadionuna qədər uzanacaq. Yolun ümumi uzunluğu 7 km-dən artıq, hərəkət zolaqların sayı isə 6 olacaq. Yol boyu tunellərin, yolütürücülərinin tikintisi planlaşdırılır.

Yol istifadəyə verildikdən sonra Bakı şəhərinin mərkəzindən "Olimpiya" stadionuna birbaşa hərəkəti təmin etməyə, Heydər Əliyev prospektində hərəkət intensivliyini azaltmağa, "Azadlıq" meydanı - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralına və "Olimpiya" stadionuna maneəsiz, tıxacsız, sürətli bağlantılar yaratmağa imkan verəcək.

Yolun tikintisinə yaxın vaxtlarda başlanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti