...

Türkiyədə işləyən uşaqların sayı artır

Cəmiyyət Materials 2 Aprel 2013 15:04 (UTC +04:00)
Türkiyədəki 15,2 milyon uşaqdan təqribən 890 mini işləyir. Bu barədə Trend Türkiyə Statistika İnstitutunun rəsmi saytına istinadən məlumat verir.
Türkiyədə işləyən uşaqların sayı artır

Azərbaycan. Bakı, 2 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyədəki 15,2 milyon uşaqdan təqribən 890 mini işləyir. Bu barədə Trend Türkiyə Statistika İnstitutunun rəsmi saytına istinadən məlumat verir.

İşləyən uşaqların ümumi sayından 292 minini 14 yaşadək, təqribən 600 minini isə 15-17 yaş arası uşaqlar təşkil edir. Onların cəmi 49 faizi təhslini orta məktəbdə davam etdirir, hərçənd qalan uşaqlar təhsil almırlar.

Ötən il Türkiyədə işləyən uşaqların sayı 2006-cı illə müqayisədə 3 min nəfər artıb. İşləyən ümumi uşaqların sayından təqribən 66 faizi şəhərdə, 33 faizə yaxını isə kənd yerlərində yaşayır.

Hesabata əsasən, işləyən uşaqların 44,7 faizi kənd təsərrüfatı, 24,3 faizi sənaye, 31 faizi isə xidmət sahəsində çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti