...

İctimai Televiziyanın baş direktoru vəzifəsinə müsabiqə elan edilib

Cəmiyyət Materials 4 Aprel 2013 11:49 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.
İctimai Televiziyanın baş direktoru vəzifəsinə müsabiqə elan edilib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İsabalayeva/

Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

Trend MTRŞ-nın yaydığı məlumata istinadən xəbər verir ki, müsabiqədə iştirak edəcək şəxs Azərbaycan vətəndaşı və ali təhsilli olmalıdır.

Məlumatda qeyd olunub ki, əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər ərizə, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi və ali təhsil haqqında dövlət sənədini 4-19 aprel tarixlərində Milli Televiziya və Radio Şurasına təqdim etməlidir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra "İctimai Televiziya və Radio Yayımı haqqanda" Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin siyahısı İctimai Televiziya və Radio Yayım Şurasına təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti