...

Ötən ay 2300-dən çox əcnəbi Azərbaycandan çıxarılıb

Cəmiyyət Materials 8 Aprel 2013 15:18 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti tərəfindən mart ayı ərzində 2577 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Ötən ay 2300-dən çox əcnəbi Azərbaycandan çıxarılıb

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir M.Əliyev/

Dövlət Miqrasiya Xidməti tərəfindən mart ayı ərzində 2577 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Xidmətdən Trend-ə verilən məlumata görə, 3 nəfər əcnəbinin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub. Bundan başqa, onlardan 173 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 2304 əcnəbi barəsində Azərbaycan ərazisini 48 saat ərzində tərk etmə, 97 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 5230 müraciət daxil olub.

Bununla yanaşı, Bakı şəhərində fəaliyyət göstərən 47 sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 18 sahibkarlıq subyektində əcnəbinin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti