...

Azərbaycanda havanın temperaturu 5-6 dərəcə enəcək

Cəmiyyət Materials 9 Aprel 2013 13:02 (UTC +04:00)
Bu gün axşamdan başlayaraq Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə enəcək.
Azərbaycanda havanın temperaturu 5-6 dərəcə enəcək

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bu gün axşamdan başlayaraq Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə axşamı Trend-ə bildirib ki, aprelin 9-da axşam saatlarından başlayaraq Azərbaycanda hava şəraitinin dəyişiləcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında aprelin 9-da axşamdan ayın 11-dək güclü şimal-qərb küləyi əsəcək. Aprelin 8-i və 9-u ilə müqayisədə aprelin 10-11-də havanın temperaturu 5-6 dərəcə enəcək.

Aprelin 10-da paytaxtda gündüz saatlarında 15-19 dərəcə isti olacaq. Ötən günlərdə isə Bakıda və Abşeron yarımadasında 20-25 dərəcə isti müşahidə edilib. Həmin günlərdə havanın temperaturu normadan 7-8 dərəcə yüksək olub.

Azərbaycanın rayonlarında isə hava şəraitinin yağışlı keçəcəyi gözlənilir. Qısamüddətli yağış yağacaq. Ayrı-ayrı yerlərdə, əsasən, dağlıq və dağətəyi rayonlarda şimşək caxacaq. Havanın temperaturunun Aran rayonlarında gündüz 20-25, dağlıq rayonlarda 10-15 dərəcə isti gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti