...

TQDK ilk sınaq imtahanının nəticələrini açıqlayıb

Cəmiyyət Materials 10 Aprel 2013 10:45 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 7-də keçirdiyi sınaq imtahanının nəticələrini açıqlayıb.
TQDK ilk sınaq imtahanının nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 7-də keçirdiyi ilk sınaq imtahanının nəticələrini açıqlayıb.

Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, imtahanın nəticələri qurumun saytında yerləşdirilib.

İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 34464 yer ayrılıb. İmtahana qeydiyyat internet vasitəsilə martın 28-dən aparılıb. Növbəti sınaq imtahanı aprelin 14-də keçiriləcək. Hazırda həmin tarix üzrə imtahana qeydiyyat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti