...

Azərbaycanın lizinq şirkətində avadanlıqların kənar şəxslərə satılması ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 18 Aprel 2013 18:47 (UTC +04:00)
Sumqayıt Apellyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Azərbaycanın lizinq şirkətində avadanlıqların kənar şəxslərə satılması ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Sumqayıt Apellyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəyyən edilib ki, 5 may 2011-ci il tarixdə "Azərbaycan Lizinq Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə fiziki şəxs Bəşirov Balaca Mustafa oğlu arasında 80.0 min manat dəyərində 4 ədəd "EKOSTAR TB 300" markalı isitmə sisteminin lizinq yolu ilə alınması barədə müqavilə bağlanıb. Lakin lizinq verənlə lizinq alan arasında təhvil-təslim protokolunun imzalanmasına baxmayaraq, müqavilədə qeyd olunan avadanlıqlar kənar şəxslərə satılmaqla onun pulu cəmiyyətin hesabına mədaxil edilməyib və bununla da həmin müəssisənin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və ya sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti