...

Azərbaycan mobil operatoru “Twitter”ə pulsuz giriş xidmətini təqdim edib

Cəmiyyət Materials 20 Aprel 2013 13:03 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru olan “Azercell” MMC öz istifadəçilərinə “Twitter” mikrobloquna pulsuz giriş xidmətini təqdim edib.
Azərbaycan mobil operatoru “Twitter”ə pulsuz giriş xidmətini təqdim edib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru olan "Azercell" MMC öz istifadəçilərinə "Twitter" mikrobloquna pulsuz giriş xidmətini təqdim edib. Trend-in məlumatına görə, bu barədə şirkətin rəsmi saytında yayılan xəbərdə bildirilir.

Məlumatda bildirilir ki, kampaniya 19.04.2013-19.10.2013 tarixləri arasında keçirilir. Xidmətdən yararlanmaq üçün mobile.twitter.com saytına daxil olmaq lazımdır. Xarici linklərə keçid və video yükləmələr ödənişlidir və mövcud tarifin İnternet qiymətinə uyğun hesablanır.

Mikrobloq xidməti mobil qurğuların istifadəçiləri arasında məşhurdur. "Aztwi.com"un məlumatına görə, Azərbaycanda "Twitter" istifadəçilərinin sayı 17 minə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti