...

Azərbaycanda ipoteka kreditlərinin həcminin artırılması üçün hesablamalar aparılır

Cəmiyyət Materials 24 Aprel 2013 16:40 (UTC +04:00)
Azərbaycanda ipoteka kreditlərinin həcminin artırılması üçün Mərkəzi Bank və Maliyyə Nazirliyi hesablamalar aparır.
Azərbaycanda ipoteka kreditlərinin həcminin artırılması üçün hesablamalar aparılır

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ipoteka kreditlərinin həcminin artırılması üçün Mərkəzi Bank və Maliyyə Nazirliyi hesablamalar aparır. Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə jurnalistlərə deyib.

Onun sözlərinə görə, ipoteka kreditlərinin həcmi artırılacaq.

"Bu, çox vacibdir. Sosial təyinatlı gənclər üçün ipoteka kreditinin ayrılması, onun şərtlərinin yumşaldılması, sadələşdirilməsi istiqamətində ölkə Prezidentinin tapşırığı var. Hesab edirəm ki, ipoteka kreditləri üçün ayrılmış vəsaitin artırılması çox cavibdir", - komitə sədri deyib.

O qeyd edib ki, ipoteka kreditləri Bakı, Sumqayıtla yanaşı, Azərbaycanın regionlarını da əhatə etməlidir.

Səmədzadənin sözlərinə görə, regionlarda yaşayan gənclər də bu resurslardan istifadə etməlidirlər. Çünki bu, paytaxta əhali axınının qarşısını alar, regionlarda mənzil fondunu inkişaf etdirər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti