...

Təhsil Nazirliyi: Buraxlış imtahanından kəsilən əvvəlki illərin məzunlarına attestatlar məktəblər tərəfindən verilir

Cəmiyyət Materials 24 İyun 2013 17:42 (UTC +04:00)
Ötən illərdə buraxılış imtahanından kəsilərək attestat ala bilməyən məzunlara bu təhsil sənədi məktəblər tərəfindən verilir.
Təhsil Nazirliyi: Buraxlış imtahanından kəsilən əvvəlki illərin məzunlarına attestatlar məktəblər tərəfindən verilir

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ötən illərdə buraxılış imtahanından kəsilərək attestat ala bilməyən məzunlara bu təhsil sənədi məktəblər tərəfindən verilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.

Nazirlikdən deyilib ki, ötən illərdə attestat ala bilməyən şagirdlərin X və XI siniflər üzrə illik qiymətlərinin və buraxılış imtahanının qiymətlərinin ədədi ortası, imtahan aparılmayan fənlərdən isə X və XI siniflər üzrə illik qiymətlərin ədədi ortası çıxarılır. Bu qiymətlər yekun qiymətlər kimi attestata yazılır.

Tələbə Qəbulu üzrə Dövlət Komisisyasından da Trend-ə bildirilib ki, ötən illərdə buraxılış imtahanından kəsilərək attestat ala bilməyən məzunlar üçün təkrar buraxılış imtahanları keçirilməyəcək.

Qeyd edək ki, bu ilədək buraxılış imtahanından kəsilən orta məktəb məzunları attestat ala bilmirdilər. Onlar bu təhsil sənədini əldə etmək üçün mütləq təkrar buraxılış imtahanı verməli idilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti