Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İzzət/
Azərbaycanda narkotiklərlə bağlı cinayətlərin sayı ötən illərlə müqayisədə azalıb.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bilidrib.
Onun sözlərinə görə, ötən illərlə müqayisədə bu sahədə azalma tendensiyası müşahidə olunur:
"Azərbaycanda narkotiklərlə mübarizə hazırda göz qabağındadır. Daxili işlər Nazirliyi müəyyən cinayətlərdə olduğu kimi narkotiklərlə mübarizədə də milli əlaqələndirici orqandır."
İdarə rəisi qeyd edib ki, hazırda DİN digər hüquq-mühafizə orqanları ilə sıx əlaqə yaradaraq bu istiqamətdə mübarizə aparır və bu işlər getdikcə daha da gücləndiriləcək.