...

Eldar Sultanov diploma layiq görülüb

Cəmiyyət Materials 23 İyul 2013 09:57 (UTC +04:00)
E.Sultanov Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2008-ci ilin dekabrında təyin edilib. Bundan əvvəl isə o, Baş Prokurorluğun Təşkilat Analitik idarəsinin prokuroru vəzifəsində çalışıb.
Eldar Sultanov diploma layiq görülüb

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İ.İzzət/

İyulun 22-də Azərbaycan Milli mətbuatının yaranmasının 138-ci ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Azərbaycan mediası ilə səmərəli əməkdaşlığın qurulmasındakı xidmətlərinə görə diplomla təltif edilib.

Qeyd edək ki, E.Sultanov Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2008-ci ilin dekabrında təyin edilib. Bundan əvvəl isə o, Baş Prokurorluğun Təşkilat Analitik idarəsinin prokuroru vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti