...

Dövlət müəssisələrində yaşlı işçilərin çalışma müddətinin uzadılmasına yol verən meyarlarda dəyişiklik edilib

Cəmiyyət Materials 6 Sentyabr 2013 15:04 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları"nda dəyişiklik edib.
Dövlət müəssisələrində yaşlı işçilərin çalışma müddətinin uzadılmasına yol verən meyarlarda dəyişiklik edilib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları"nda dəyişiklik edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin 5 meyarı olub. Həmin meyarlar işçinin Azərbaycanın orden və medalları ilə təltif edilməsi, Azərbaycanın fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olmasıdır. NK-nın qərarı ilə bu meyarlara daha biri əlavə edilib. Həmin qərara əsasən, işçinin 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi də onun çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlardan biri hesab ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti