...

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı İstanbulda gənc sahibkarların beynəlxalq forumunu keçirir

Cəmiyyət Materials 5 Dekabr 2013 16:21 (UTC +04:00)
"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı 6-8 dekabr tarixində Türkiyənin İstanbul şəhərində "Gənc Sahibkarlar Şəbəkəsi" adlı gənc biznesmenlərin beynəlxalq forumunu keçirəcək.
"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı İstanbulda gənc sahibkarların beynəlxalq forumunu keçirir

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İzzət/

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı 6-8 dekabr tarixində Türkiyənin İstanbul şəhərində "Gənc Sahibkarlar Şəbəkəsi" adlı gənc biznesmenlərin beynəlxalq forumunu keçirəcək. Bu barədə Trend-ə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq konfransa dünyanın 25 ölkəsindən - Rusiya, Yunanıstan, Gürcüstan, Macarıstan, Hindistan, İsrail, İraq, Rumıniya, Qazaxıstan, Makedoniya, Qırğızıstan, Ukrayna, Sinqapur, Özbəkistan, Pakistan, Moldova, İordaniya və digərlərindən gənc sahibklarlar qatılacaq.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstək verdiyi tədbirin açılışına Azərbaycan Milli Məclisinin deputatı, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının rəhbəri Fuad Muradov, İslam Konfransı Gənclər Forumunun nümayəndəsi Elməddin Musayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, Genc MÜSİAD-in vitse-prezidenti Yavuz Fəttahoğlu qatılacaqlar.

Toplantının əsas məqsədi tarixi ipək yolu üzərində yerləşən ölkələrdə fəaliyyət göstərən gənc sahibkarların şəbəkəsini yaratmaqdır.

Qeyd edək ki, "Böyük İpək Yolu" BGT 25 ölkənin gənclərinin iştirakı ilə 2012-ci ilin iyununda Bakıda təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti