...

Azərbaycanda ilk dəfə bitkilərin genetik ehtiyatları üzrə informasiya bazasının formalaşdırılmasının əsasları yaradılıb

Cəmiyyət Materials 11 Dekabr 2013 16:07 (UTC +04:00)
Azərbaycanda ilk dəfə bitkilərin genetik ehtiyatları üzrə informasiya bazasının formalaşdırılmasının əsasları və yeni informasiya-axtarış sistemi yaradılıb və onun əsasında milli inventarlaşdırma həyata keçirilib.
Azərbaycanda ilk dəfə bitkilərin genetik ehtiyatları üzrə informasiya bazasının formalaşdırılmasının əsasları yaradılıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə bitkilərin genetik ehtiyatları üzrə informasiya bazasının formalaşdırılmasının əsasları və yeni informasiya-axtarış sistemi yaradılıb və onun əsasında milli inventarlaşdırma həyata keçirilib. Trend-in məlumatına görə, bunu AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri Afiq Məmmədov deyib.

Onun sözlərinə görə, mərkəzi məlumat bazasında mədəni bitkilər və onların yabanı əcdadlarının milli genetik fonduna daxil olan 432 cins və 847 növə aid olan 11 minə qədər qiymətli bitki nümunəsi haqqında informasiya toplanıb.

Yeni informasiya sisteminin məqsədi bitki müxtəlifliyinin yüksək səviyyədə idarə edilməsi, toplanması, etibarlı mühafizəsi, tədqiqi və səmərəli istifadəsinin təmin olunmasıdır. Sistemin məlumat bazaları seleksiya proqramları üçün bitki nümunələrinin seçilmə imkanlarını genişləndirir. Bu isə işçi qüvvəsi, vaxt və vəsaitə qənaət etməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti