...

Bakıda yeni yolun inşası ilə bağlı layihənin son variantına baxılır

Cəmiyyət Materials 7 Yanvar 2014 10:44 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel metronun "Koroğlu" stansiyasına və "Olimpiya" stadionuna giriş yolu tikilir.
Bakıda yeni yolun inşası ilə bağlı layihənin son variantına baxılır

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Bakıda yeni yol inşa edilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel metronun "Koroğlu" stansiyasına və "Olimpiya" stadionuna giriş yolu tikilir.

Ziya Bünyadov prospektinə paralel olacaq yol başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə "Olimpiya" stadionuna qədər uzanacaq. Yol boyu tunellərin, yolötürücülərinin, piyada keçidləri və körpülərinin tikintisi nəzərdə tutulub.

Artıq stadion ətrafında tikinti altına düşən maneələrin söküntüsü başa çatdırılıb, kommunikasiya xətlərinin (qaz, su, elektrik) köçürülməsi işləri isə davam etdirilir.

Hazırda layihənin son variantına baxılır. İlkin cizgilərə əsasən, stadiona giriş məqsədilə yeni tunelin tikintisinə və digər işlərə başlanılıb.

Yeni yol istismara verildikdən sonra Heydər Əliyev prospektinin yükünü azaltmaqla yanaşı, Bakı şəhərinin mərkəzindən "Olimpiya" stadionuna maneəsiz, tıxacsız, sürətli hərəkətin təmin edilməsinə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti