Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/
Paytaxtın Binəqədi rayonunda 2 yolun asfalt örtüyünün yenilənməsinə başlanılıb.
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, bu gündən etibarən Binəqədi rayonu Əcəmi Naxçıvani və Molla Cümə küçələrinin təmiri işlərinə başlanılıb: "Hazırda yollardakı köhnə asfalt-beton örtüyü qaşınır. Bu işlər başa çatdıqdan sonra yeni alfalt-beton örtüyü salınacaq. Küçədə asfalt örtüyünün yenilənməsi mərhələlərlə həyata keçirilərək istifadəyə veriləcək".