...

Milli Məclis "Tibbi sığorta haqqında" qanuna dəyişiklikləri qəbul edib

Cəmiyyət Materials 4 Aprel 2014 14:21 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən iclasında "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.
Milli Məclis "Tibbi sığorta haqqında" qanuna dəyişiklikləri qəbul edib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Mehdiyev/

Milli Məclisin bu gün keçirilən iclasında "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Trend-in məlumatına görə, qanunun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən, tibbi sığorta təşkilatı sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta haqları hesabına sığorta ehtiyatlarını formalaşdırmalıdır.

16-cı maddənin beşinci hissəsində "qanunvericiliyində müəyyən edilmiş qaydada məhkəmə tərəfindən" sözləri "qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında" sözləri ilə əvəz edilib.

17-ci maddədə isə "qanunvericiliyinə uyğun olaraq" sözləri "Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz edilib.

Qanuna dəyişiklər səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti