...

Bu il Azərbaycanda avtoxuliqanlıq etdiyinə görə 269 nəfər məsuliyyətə cəlb edilib

Cəmiyyət Materials 29 Aprel 2014 18:22 (UTC +04:00)
Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda yol-hərəkət qaydası (YDQ) pozuntusuna görə 495 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
Bu il Azərbaycanda avtoxuliqanlıq etdiyinə görə 269 nəfər məsuliyyətə cəlb edilib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İzzət/

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda yol-hərəkət qaydası (YHQ) pozuntusuna görə 495 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Ötən rüb ərzində avtoxuliqanlıq etdiyinə görə 269, şüşələrinə plyonka və örtüklər çəkilmiş 1553 avtomobil sürücüsü aşkar edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-ə verilən məlumata görə, 2014-cü ilin 3 ayı ərzində Mərkəzi İnformasiya Sisteminə daxil olmuş 81 075 məlumat əsasında elektron formada protokollar tərtib edilməklə icraya yönəldilib.

Ümumiyyətlə, 2014-cü ilin 1-ci rübü ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 395 518 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 3259, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 74 135, ötmə qaydalarının pozulması üzrə 6974, yolayrıcıların keçilməsi qaydalarının pozulması üzrə 15 041 və sərnişindaşıma qaydalarının pozulması üzrə 901 fakt aşkar ediblər.

2014-cü ilin 1-ci rübü ərzində "Siqnal" İİLİ tərəfindən 11 svetofor obyekti quraşdırılıb, 2603 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib, boya ilə küçə və yollarda 116.000 pm cizgiləmə işi aparılıb.

Rüb ərzində aparılan yoxlamalar nəticəsində 1116 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülüb.

Baş idarənin əməkdaşları tərəfindən 2014-cü ilin 1-ci rübü ərzində 21 038 avtomobil ilkin qeydiyyata alınıb, 18 772 ilkin sürücülük vəsiqəsi verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti