Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Gəncədə şəhərində ziyalılar ilə görüş keçirib.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, görüşdə tolerantlıq və multikulturalizm mövzusunda müzakirələr aparılıb. Multikulturalogiya, dini müstəvidə Azərbaycan və tolerantlıq mövzularına toxunulub, Qərb-Azərbaycan münasibətlərində ölkəmizin tolerantlıq mövqeyinin xüsusi yer tutduğu önə çəkilib.
Bundan əlavə, görüşdə Prezident İlham Əliyevin hədəf kimi göstərdiyi istiqamətlərə doğru cəmiyyətdə görüləsi işlərdən danışılıb.