...

Gəncədə "Hər evə bir bayraq" aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 17 İyun 2014 15:06 (UTC +04:00)
15 iyun - Milli Qurtuluş Günü münasibətilə bağlı YAP Gəncə şəhər təşkilatının Gənclər Birliyi "Hər evə bir bayraq" aksiyası təşkil edib.
Gəncədə "Hər evə bir bayraq" aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

15 iyun - Milli Qurtuluş Günü münasibətilə bağlı YAP Gəncə şəhər təşkilatının Gənclər Birliyi "Hər evə bir bayraq" aksiyası təşkil edib.

Aksiya çəvçivəsində 500-dən çox böyük, 1000-dən çox kiçik ölçülü bayraq paylanılıb və bu proses 14 -15 iyun tarixlərini əhatə edib.

15 iyun Azərbaycanın Qurtuluş Günü kimi qeyd olunur. Əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı, xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan adlı dövlətin varlığından və üç rəngli bayrağımızdan danışmaq qeyri-mümkün olardı. Bu günü bizə bəxş etdiyi üçün ulu öndər Heydər Əliyevə borcluyuq.

Gənclər keçirilən aksiya zamanı Milli Qurtuluş Gününün mahiyyəti haqda ətraflı təbliğat aparmaqla yanaşı, gənclər arasında viktorinalar da keçiriblər. Gənclər arasında bayrağa sevgini daha da gücləndirmək və hər evdə ən azı bir bayrağın olması məqsədi reallaşıb.

Aksiya çərçivəsində Birliyin könüllüləri aktiv iştirak ediblər. Həyata keçirilən aksiya şəhər əhalisi və gənclər tərəfindən rəğbətlə qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti